Future Diary

Future Diary
Birinci cildin üzlüyü. Personajlar: Yukiteru Amano (solda) və Yuno Qasay (sağda).
未来日記
(Mirai Nikki)
azərb. Gələcək gündəliyi
Janr döyüş, psixoloji triller,[1] romantika[2]
Manqa
ManqakaSakae Esuno
NəşriyyatKadokawa Shoten
Tərcüməçi nəşriyyat
Tokyopop (keçmiş)
Viz Media
Demoqrafiyaşonen
Nəşr tarixi26 yanvar 200625 dekabr 2010
Cildlər12 (cild siyahısı)
Fəsil sayı59
Manqa
Future Diary: Mosaic/Paradox/Redial
ManqakaSakae Esuno
NəşriyyatKadokawa Shoten
Demoqrafiyaşonen
Nəşr tarixi26 noyabr 200826 iyul 2013
Cildlər3 (cild siyahısı)
Fəsil sayı15
Anime
RejissorNaoto Hosoda
SsenaristKatsuhiko Takayama
BəstəkarTatsuya Kato
StudiyaAsread
Digər lisenziyalar
Madman Entertainment
Funimation
Kaze UK/Anime on Demand
KanalChiba TV (2011–12)
Buraxılış tarixi10 oktyabr 201116 aprel 2012
Seriyalar26 + OVA (seriya siyahısı)
Anime
Future Diary: Another:World
RejissorMiçiko Namiki, Şoqo Miyaki
ProdüsserRyota Fucino
SsenaristSayaka Kuvamura
Kaeko Hayafune
BəstəkarŞuiçiro Fukuhiro
KanalFuji TV
Buraxılış tarixi21 aprel 201230 iyun 2012
Seriyalar11
  Anime və manqa portalı

Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記?, azərb. Gələcək gündəliyi‎) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır. 2012-ci ilin aprel-iyun aylarında isə 11 seriyadan ibarət dorama efirə buraxılmışdır.

Sakae Esuno 3 əlavə manqa da yazmışdır və hər biri 5 fəsildən ibarətdir. "Future Diary: Mosaic" Minene Uryuudan və əsas hadisələrin qaranlıq qalmış nüanslarından bəhs edir. "Future Diary: Paradox" ("Young Ace" jurnalında nəşr olunmuşdur) Aru Akise və Murmurun alternativ zaman xəttində başına gələn hadisələrdən söz açır. "Future Diary: Redial" isə əsas hadisələr üçün epiloq rolunu oynayır.

  1. "The Future Diary". Funimation. 2016-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
  2. "Future Diary Volume 1". About.com. 2014-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne