Geobotanika

Geobotanika (q.yun. γῆ "torpaq" + βοτανικός "bitkilərə aid olan") və ya fitosenologiya ya da fitososiologiya — bitki qruplaşmaları və ya fitosenozları, onların tərkibi, quruluşu, biosenoloji mühitinin xüsusiyyətləri, məhsuldarlığı, istifadəsi və dəyişdirilməsini öyrənən elm. Geobotanikanın obyekti fitosenozlar, onların yaratdığı bitki örtüyü sayılır. Geobotanika fitosenozların morfologiyasını, onların biotik əlaqələrini, xüsusilə fitosenozların daxili mühitini (sinekologiya), tarixi inkişafını (senogeniya) və təsnifatını tədqiq edir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne