Geopark — beynəlxalq təyinatlı müxtəlif və ya eyni cür geoloji miras nümunələrinin bir yerdə toplanmasının, idarə olunmasının nəzərdə tutulduğu xüsusi mühafizə olunan təbiət sahəsidır[1].
Geoparklar vulkan, sunami və zəlzələ kimi geoloji təhlükələrlə bağlı fəlakətlərə hazırlığın görüldüyü geoloji elmi məkandır. Həmçinin iqlim dəyişikliyi məlumatlarının saxlanıldığı yerlərdir. Geoparklar geoloji və təbii gözəlliklərin qorunub saxlanıldığı və onların gələcək nəsillərə ötürüldüyü, bu sahələrə edilən geotourizm marşurutları ilə Yer kürəsinin keçmişinin öyrənildiyi ərazilərdir.