Grand Theft Auto: San Andreas | |
---|---|
Yayımlayanlar | Rockstar Games |
Seriya | Grand Theft Auto |
Buraxılış tarixləri | 26 oktyabr 2004, 7 iyun 2005, 20 oktyabr 2008, 12 noyabr 2010, 11 dekabr 2012 |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janr | döyüş-macəra oyunu, üçüncü-şəxs atıcı |
Texniki məlumat | |
Platforma | PlayStation 2[1], Xbox[1], Xbox 360, PlayStation 3, Windows Phone, Android, Microsoft Windows[1], macOS, iOS, PlayStation 4 |
Oyun rejimi | birnəfərli oyun[2], çoxnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, ispan dili, fransız dili |
Daşıyıcı | optik disk, rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı, geympad, sensor ekran |
Rəsmi saytı Rəsmi saytı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən paylanmış 2004-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyunun baş qəhrəmanı Carl "CJ" Johnson-dur. O, anasının ölüm xəbərini eşidəndə San Andreas ştatındakı məmləkətinə qayıdır. CJ, öyrənir ki, keçmiş dəstəsi əvvəllər nəzarət etdikləri ərazilərin əhəmiyyətli bir hissəsini itirib. Oyun boyu o, dəstəsini yenidən qurmaq üçün çalışır, rüşvətxor polislər və təhlükəli cinayətkarlarla dolu qarşıdurmalara girir və yavaş-yavaş anasının ölümü ilə bağlı sirri açır.
Oyunda personaj üçüncü şəxs baxış bucağından idarə olunur. Oyun dünyasında hərəkət etmək üçün piyada gəzmək və nəqliyyat vasitələrindən istifadə etmək mümküdür. Oyunçu Los Santos (Los-Anceles), San Fierro (San-Fransisko) və Las Venturas (Las-Veqas) kimi şəhərləri əhatə edən San Andreas ştatının açıq dünyasını kəşf edə bilər. Oyunun hekayəsi Los-Ancelesdə baş vermiş real hadisələr əsasında hazırlanıb. Buraya dəstələr arasındakı münaqişələr, 1990-cı illərin heroin epidemiyası, 1992-ci ildə Los-Anceles iğtişaşları və Rampart qalmaqalı kimi hadisələr daxildir. Oyun 2004-cü ildə PlayStation 2 üçün, 2005-ci ildə isə Windows və Xbox üçün satışa çıxarılmışdır.