Gregorian | |
---|---|
![]() | |
Əsas məlumatlar | |
Üslub | Qriqoryan xoru, nyu-eyc, korossover, simfonik rok |
Fəaliyyət illəri | 1991, 1999-bu günə kimi |
Ölkə |
![]() |
Leybl | Edel |
Heyət |
Riçard Nakston Conni Klukas Kris Tikner Devid Tilley Cerry O'Beirn Lourens Vayt Rob Fardell Deniel Vilyams Brendan Metyu Eşli Turnell |
Əlaqəli layihələr | Enigma |
gregorian.de | |
![]() |
Gregorian Frenk Petersonun rəhbərlik etdiyi, Qriqoryan xoru tərzində modern pop və rok musiqiləri ifa edən Almaniya kişi musiqi qrupudur. Qrup vokal harmoniyası və instrumental müşayəti ilə seçilir.
Qrupun ifa etdiyi musiqilər ənənəvi Qriqoryan xorundan çox fərqlənsə də, qrup üzvləri səhnə obrazı üçün orta əsr monaxlarının geyimlərini xatırladan geyimlərdən istifadə edirlər. Əksər hallarda mahnıları 8-10 nəfərlik xorla ifa edən qrup üzvləri konsretlərdə sutana ilə səhnəyə çıxır.
Həqiqi qriqoryan xorlarından fərqli olaraq, Gregorian mahnılarında musiqi müşayəti kimi gitara (mahnılardan fərqli olaraq elektron və ya akustik), zərb alətləri və dilli alətlərdən istifadə edir.