Grup Yorum

Grup Yorum
Əsas məlumatlar
Üslub folk-rok
protest musiqi
Fəaliyyət illəri 1985—h.h.
Ölkə Türkiyə Türkiyə
Heyət Selma Altın
İnan Altın
Eren Olcay
Ali Aracı
Caner Bozkurt
Cihan Keşkek
İbrahim Gökçek
İhsan Cibelik
Ezgi Dilan Balcı
Ayfer Rüzgar
Seçkin Taygun Aydoğan
www.grupyorum.net

Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı Türkiyə musiqi qrupu. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, TürkiyəAvropada hər il konsert verən qrup bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne