Guinness

Guinness
Loqonun şəkli
Növü Pivə
Alkoqol 4,2 %
İstehsalçı Diageo
Mənşəsi
Yaradıldığı il 1759[1]
Rəngi qara (rəsmi olaraq olduqca tünd yaqut qırmızısı kimi təsvir edilib)
guinness.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Guinness — 18-ci əsrdə Artur Qinness tərəfindən İrlandiyanın Dublin şəhərində əsası qoyulmuş irland viskisi brendi. Brend hal-hazırda mərkəzi Britaniyada yerləşən transmilli spirtli içki istehsalçısı Diageo-ya məxsusdur. Guinness dünyanın ən uğurlu spirtli içki brendlərindən biridir. O, 50-yə yaxın ölkədə istehsal edilir və 120-dən çox ölkədə satışı mövcuddur.[2][3] Brendin satışı 2011-ci ildə 850 000 000 litr təşkil etmişdir.[2] İstehlakın 2001-ci ildən etibarən azalmasına baxmayaraq,[4] Guinness & Co. pivə zavodunun hər il təxminən 2 milyard avro dəyərində pivə istehsal etdiyi İrlandiyada[5] bu, ən çox satılan spirtli içkidir. İrlandiyanın Dublin şəhərindəki Guinness pivə zavodunun ərasində yerləşən və XX əsrdə brendin mağazası kimi istifadə edilmiş tikili bu gün muzey kimi fəaliyyət göstərir və şəhərdəki turistik məkanlardan biridir. Muzey 2000-ci ildə açılandan bəri 20 milyondan çox ziyarətçi qəbul etmişdir.

  1. MusicBrainz (ing.). MetaBrainz Foundation, 2000.
  2. 1 2 "Famous Brewer Expands with National Launch of GUINNESS Black Lager – NORWALK, Conn., Aug. 24, 2011 /PRNewswire/" (Press-reliz). Connecticut, Ireland: Prnewswire.com. 6 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2011.
  3. "Why Guinness is less Irish than you think". The Economist. 16 March 2014. 28 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 July 2017.
  4. Fabb, Debbie. "Last orders for Guinness?". BBC News. 23 November 2007. 31 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2010.
  5. Barry, Dan. "In Ireland's Pubs, a Startling Trend". Lisdoonvarna Journal. The New York Times. 28 August 2000. 11 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2008. ...  Guinness stout remains the best-selling alcoholic beverage in Ireland, over the last year its consumption here has declined by nearly 4 percent.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne