HIStory/Ghosts

"HIStory/Ghosts"
Maykl Cekson tərəfindən Blood on the Dance Floor: HIStory in the Mix albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 1997, 30 iyul
Format sinql
Janr New jack swing, Pop
Dil ingilis dili
Müddət 06:37 (HIStory), 05:13 (Ghosts)
Prodüser Maykl Cekson, Jimmy Jam & Terry Lewis və Teddy Riley
Bəstəkar Maykl Cekson (Ghosts), Maykl Cekson, James Harris III (HIStory)
Sözlərin müəllifi Teddy Riley (Ghosts), Terry Lewis (HIStory)
Leybl Epic Records
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"Blood on the Dance Floor"
(1997)
"HIStory/Ghosts"
(1997)
"Smile"
(1998)
Audio nümunəsi
HIStory mahnısının səslənməsi
Ghosts mahnısının səslənməsi

HIStory/GHostsMaykl Ceksonun 1997-ci ildə çıxardığı remix albomu olan Blood on the Dance Floor: HIStory in the Mix albomuna daxil olan qoşa sinql. HIStory mahnısının orijinal versiyası Ceksonun 1995-ci ildə çıxardığı studio albomu HIStoryyə daxil idi. Lakin bu zaman HIStory ayrıca sinql kimi satışa çıxarılmamışdı. Lakin Ghosts yeni bir parça idi.

HIStory Maykl Cekson, James Harris III və Terry Lewis tərəfindən bəstələnmiş, daha sonra Tony Moran tərəfindən remix edilmişdir. Orijinal versiyası kimi, Blood on the Dance Floor: HIStory in the Mix albomuna saxil olan versiyada da bir çox tarixi şəxslərin səslərindən istifadə olunmuş, onlardan sitatlar gətirilmişdir. Ghosts isə Maykl Cekson və Teddy Riley tərəfindən 1997-ci ildə yazılmışdır. Eyni zamanda hər iki mahnı üçün klip də çəklimişdir. Ghosts mahnsı Birləşmiş Krallıqda ilk beşliyə daxil olmuş, lakin bu uğurunu başqa heç bir ölkədə təkrarlaya bilməmişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne