Half-Life | |
---|---|
| |
Hazırlayan | Valve |
Yayımlayan |
Sierra Studios Electronic Arts |
Distribüterlər |
Electronic Arts Steam |
Seriya | Half-Life |
Buraxılış tarixi |
|
Versiya | Windows: 1.1.2.1 (2009-06-15) |
Janrlar | Birinci-şəxs atıcı |
Yaş reytinqləri |
BBFC: 15 ESRB: M OFLC: M PEGI: 16+ |
Ssenaristlər | Mark Leydlou |
Bəstəkarlar | Kelli Beyli |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows PlayStation 2 Dreamcast Mac OS X[1] |
Mühərriklər | GdSrc (Havok fizikası ilə) |
Oyun rejimləri | Birnəfərli oyun, Multipleyer |
İnterfeysin dili | ingilis dili[2], fransız dili[2], alman dili[2], italyan dili[2], ispan dili[2], sadələşdirilmiş Çin dili[d][2], ənənəvi Çin dili[d][2], koreya dili[2] |
Daşıyıcılar | CD, DVD, Steam |
Sistem tələbləri |
133 MHz processor 24 MB RAM SVGA video card |
İdarəetmə | Qeympad, klaviatura və maus |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Half-Life (fiziki termin: yarımçevrilmə dövrü) — Valve tərəfindən yaradılan və elmi-fantastik janrda olan, dünyanın ən məşhur[3] oyunlarından biridir. Oyun elmi-fantastik janrda özünəməxsus yer tutmuş və tənqidçilər tərəfindən ən yüksək rəylər almışdır. Half-Life seriyasından ilk oyundur. 2001-ci ildə Gearbox Software studiyası oyunu Sony PlayStation 2-yə portlaşdırır.[4] Bir müddətdən sonra Half-Life həmçinin Sega Dreamcast platformasına da çıxır.[5][6]
Half-Life — süjeti tamamilə oyun məkanında inkişaf edən ilk oyundur (video çarxlardan istifadə etməyərək). Oyun nəşrçiləri süjetin və ümumiyyətlə oyun dünyasının novator stilini yüksək qiymətləndirmişlər.[7][8] Oyunun başqa güclü tərəfi, düşmənin süni intellekti (AI) göstərilir.[8][9] Half-Life müttəfiqlərin yarandığı ilk oyundur. Bir çox nəşriyyatçılar xüsusilə qeyd edirlər ki, Half-Life atıcı janrında inqilab etmiş və onun inkişafında yeni mərhələnin təməlini qoymuşdur.[10][11]
Oyun dövri mətbuatdan çoxlu sayda müsbət rəylər almışdır.[12][13] 50-dən çox oyun nəşrçiləri Half-Life-ı "İlin oyunu" adına layiq görmüş PC Gamer isə üç dəfə "bütün zamanlar ərzində yaradılan ən mükəmməl oyun" elan etmişdir.[14]
Uğur dalğasında bir neçə əlavələr buraxılıb: Half-Life: Opposing Force (OpFor), Half-Life: Blue Shift (BS) və PS2-versiyası üçün eksklüziv addon — Half-Life: Decay. Bundan əlavə bir çox rəsmi modifikasiyalar yaradılıb. Bunların arasında dünyanın ən məşhur şəbəkə oyunları da var: Counter-Strike (CS), Team Fortress Classic (TFC), Deathmatch Classic (DMC), Day of Defeat (DoD), Ricochet. 2004-cü ildə oyunun davamı — Half-Life 2 (HL2) buraxılmışdır ki, I hissəsinin uğurunu davam etdirərək yenidən "İlin oyunu" seçilmişdir.