Harsburgit | |
---|---|
| |
![]() |
Harsburgit – dərinlik ultraəsasi süxur-peridotitin növü. Qabbro-peridotit formasiyasına mənsub geniş yayılmış süxurlar. Tərkibi: olivin, rombik piroksen (enstatit, yaxud bronzit), aksessor xromşpinelid və maqnetit. Olivinin miqdarı piroksenə nisbətən çoxdur, adətən serpentinləşmiş olur, piroksen isə bastitə çevrilir.