Havay qohumluq sistemi, həmçinin nəsillərarası sistem — ailəni təyin etmək üçün istifadə edilən qohumluq sistemi. Lüis Henri Morqan tərəfindən 1871-ci ildə "İnsan ailəsinin qohumluq və yaxınlıq sistemləri" adlı əsərində müəyyən edilən Havay sistemi altı əsas qohumluq sistemindən biridir.[1]