Heal the World

"Heal The World"
Maykl Cekson tərəfindən Dangerous albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 1992, 23 noyabr
Format sinql
Janr R&B, soul
Dil ingilis dili
Müddət 6:25
Prodüser Maykl Cekson
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"Who Is It"
(1992)
"Heal The World"
(1992)
"Give In To Me"
(1993)
Audio nümunəsi
Mahnının səslənməsi

Heal the WorldMaykl Ceksonun 1991-ci ildə çıxan Dangerous albomunda olan mahnılarindan biri.Mahnı Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnının həm sözlərinin həm də musiqisinin müəllifi Maykl Cekson özüdür. Mahnının klipində Maykl Cekson özü çəkilməmişdir.Klipdə müxtəlif millətlərdən və irqlərdən olan uşaqlar əllərində güllə əli silahlı əsgərlərin üstünə gedir və onları silahı tərk etməyə məcbur edirlər.

Klipin çəkilməsindən sonra Maykl Cekson Heal the World Foundation xeyriyyə təşkilatını yaratmış və mahnıdan gələn gəliri həmin təşkilata bağışlamışdır.Təşkilat uşaqlara gözəl həyat qurmağa kömək edir və onlara bir-birinə kömək etməyi öyrədir.

Mahnı Maykl Ceksonun uğurlu mahnılarından biridir.Heal The World Spanish Singles Chartda birinci,UK Singles Chartda ikinci,Billboard Hot 100 -də isə iyirmi yeddinci yerə qədər yüksəlmişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne