Henri Ceyms

Henri Ceyms (15 aprel 1843 – 28 fevral 1916) Amerikada doğulmuş ingilis yazıçısıdır. O, 19-cu əsr ədəbi realizimin ən əsas fiqurlarından hesab edilir. O, Henri Ceyms, Sr. nın oğlu, filosof və psixoloq Uilyam Ceymsin və Alis Ceymsin qardaşı idi.

Henri Ceyms
ing. Henry James
Doğum tarixi 15 aprel 1843(1843-04-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 fevral 1916(1916-02-28)[1][2][…] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Təhsili
Fəaliyyəti yazıçı, romançı, ssenarist, dramaturq, şair-vəkil[d], ədəbi tənqidçi, redaktor, hekayə yazıçısı[d]
Əsərlərinin dili fransız dili, ingilis dili
İstiqamət ədəbi realizm
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
Mükafatları "Xidmət" ordeni
İmza
Vikimənbənin loqosu Henri Ceyms Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun Amerika ilə Avropa və Avropalıların yarışını əks etdirən əsərləri onu tanidan ən əsas amildir. 

Ceyms bədii tənqidə əhəmiyyətli dərəcədə töhfə vermişdir. Ceyms hər hansı bir mətnin oxucular üçün aydın olması üçün ilk və ən önəmlisi real olmalı olduğunu və həyatı özündə əks etdirməli olduğu iddiasını irəli sürmüşdür. Ona görə yaxşı romanlar həyatı hadisələrdə göstərir və ən vacibi maraqlı olur.

Onun məhsuldar bəddi yaradıcılığından əlavə o, məqalələr və səyahət kitabları, bioqrafiya, avtobioqrafiya, tənqidi məqalələr və pyeslər çap etdirmişdir. O, həyatının ilk iyirmi ilində AmerikaAvropa arasında tez-tez yer dəyişmişdir, lakin nəhayət 1915-ci ildə ölümündən bir il əvvəl ingilis vətəndaşlığını qəbul etməklə İngiltərəyə yerləşmişdir. Ceyms 1911, 1912 və 1916-cı illərdə Ədəbiyyat üzrə Nobel Mükafatına namizəd kimi göstərilmişdir.

  1. 1 2 Edel L. Henry James // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Henry James // Internet Broadway Database (ing.). 2000.
  3. Джеймс Генри // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Libraries Australia Authorities.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne