Henrik Kristoffersen | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||
Tam adı | Henrik Kristoffersen | ||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Norveç | ||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||
Boyu | 179 sm[1] | ||||||||||||||||||||||||||||||||||
Çəkisi | 72 kq | ||||||||||||||||||||||||||||||||||
İdman növü | Dağ-xizək idmanı | ||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||
23 dekabr 2016 tarixində yenilənib. | |||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Henrik Kristoffersen (2 iyul 1994) — Norveçli dağ-xizək idmançısı. O, dağ-xizək idmanı üzrə Dünya Kubokunda iştirak etmiş, Olimpiya Oyunlarının mükafatçısı olmuşdur.[2]
Kristoffersen Norveçin Okershus dairəsinin Lorenskoq bələdiyyəsində anadan olmuşdur. Kristoffersen slalom və böyük slalom yarışları üzrə ixtisaslaşmışdır. O, Dünya Kubokunda peşəkar debütünü 2012-ci ilin mart ayında Sloveniyanın Kranyska Qora şəhərində etmişdir. İlk dəfə podiuma isə 2013-cü ilin noyabr ayında çıxmışdır. Finlandiyanın Levi şəhərində keçirilən yarışda o, 3-cü yeri tutmuşdur. 2014-cü ildə Soçidə keçirilən 2014 Qış Olimpiya Oyunlarında iştirak etmişdir. Kristoffersen Rosa Xutorda keçirilən yarışda slalom üzrə bürünc medal qazanmışdır. 19 yaşında medal əldə edərək Olimpiya Oyunlarının dağ-xizək idmanı üzrə ən gənc medal qazanan idmançı kimi tarixə düşmüşdür.[3]
Kristoffersen ilk dəfə eyni mövsümdə Adelboden, Vengen və Kitzbüheldə keçirilən üç klassik slalom yarışlarında qələbə qazanmışdır; 2016-cı ilin yanvar ayında 21 yaşında bu uğura nail olmuşdur. Bu yürüşlərindən sonra o, Dünya Kubokunun slalom müsabiqələri tarixində ən titullu Norveçli idmançı olub. Yeddinci qələbəsini Vengendə əldə edərək Kristoffersen Finn Kristian Yaggenin rekorduna şərik çıxdı. Bir həftə sonra isə Kitzbüheldə qalib gələrək səkkizinci qələbəsini qazandı və yeni rekorda imza atdı. O doqquzuncu slalom qələbəsini iki gün sonra (26 Yanvar) Şladminqdə əldə etdi.