Hepatit D | |
---|---|
XBT-10 | B , B |
XBT-10-KM | B17.0 |
XBT-9 | |
XBT-9-KM | 070.52[1] |
DiseasesDB | 5792 |
MedlinePlus | 000216 |
eMedicine | article/178038 |
MeSH | D003699 |
Vikianbarda əlaqəli mediafayllar |
Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik.
Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər xəstəliyinə tutulma ehtimalı daha yüksək olur və xroniki infeksiya halında, hepatoselüler karsinom ehtimalı artır.