Herma (q.yun. ἔρμα — dirək, dayaq[1]) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları, yollarda işarələr, fetişlər - yolların, sərhədlərin, darvazaların, eləcə də qəbir daşlarının işarəsi idi. Əvvəlcə onun üzərində yalnız qədim yunan tanrısı Hermes təsvir edilmişdir. Sonradan digər tanrılar və qəhrəmanlar da Herma üzərinə təsvir olunmağa başlandı. Qədim Romada hermalar sərhəd nişanələri kimi istifadə olunurdu.
Hermaya ziyan vurmaq ağır küfr və günah hesab edilirdi. Eramızdan əvvəl 415-ci ildə Afinada kütləvi şəkildə dağıdılması Afina və Sparta arasındakı Peloponnes müharibəsinin bütün gedişatına təsir edən əhəmiyyətli nəticələrə səbəb oldu.
Yeni və ən yeni dövrdə, herma antik dövrün ideyalarına söykənən klassik memarlıq üslubunun standart bir elementinə çevrilmişdir.