Hewlett Packard Enterprise | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | informasiya texnologiyaları |
Məhsulları | superkompyuter, şəbəkə avadanlıqları, bulud hesablama |
Təsis tarixi | 15 aprel 2015 |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
hpe.com hpe.com/us/en/home.html |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hewlett Packard Enterprise Company (HPE) — ABŞ çoxmillətli informasiya texnologiyaları şirkəti. Mərkəzi Texas ştatının Sprinq şəhərində yerləşir.
HPE 1 noyabr 2015-ci ildə Kaliforniya ştatının Palo-Alto şəhərində "Hewlett-Packard" şirkətinin bölünməsinin bir hissəsi kimi təsis edilmişdir.[4] Bu, serverlər, məlumat saxlama, şəbəkələşmə, konteynerləşdirmə proqramı, konsaltinq və dəstək sahələrində işləyən biznesə fokuslanan bir təşkilatdır.
Bölünmə elə strukturlaşdırılmışdı ki, keçmiş "Hewlett-Packard" şirkəti öz adını "HP Inc." olaraq dəyişmi və "Hewlett Packard Enterprise" yeni yaradılmış şirkət kimi qeydiyyata alınmışdır. "HP Inc." köhnə HP-nin fərdi kompüter və çap biznesini, eləcə də səhm qiymətləri tarixini və "Hewlett-Packard" üçün orijinal NYSE tiker simvolunu saxlamışdır. Müəssisə öz tiker simvolu altında ticarət edir: HPE. Bölünmə zamanı HPE-nin gəliri "HP Inc."in gəlirindən bir qədər az idi.[5]
2017-ci ildə HPE Müəssisə Xidmətləri biznesini dayandırmış və "DXC Technology"ə çevrilməsi üçün onu "Computer Sciences Corporation" ilə birləşdirmişdir. Həmçinin, 2017-ci ildə proqram biznes seqmentindən ayrılmış və onu "Micro Focus" ilə birləşdirmişdir[6]
HPE 2018-ci il "Fortune 500" siyahısında ümumi gəlirə görə ABŞ-nin ən böyük korporasiyaları siyahısında 107-ci yerdə qərarlaşmışdı.[7]