"High Hopes" | |||||||
---|---|---|---|---|---|---|---|
![]() | |||||||
Pink Floyd tərəfindən The Division Bell albomunda ifa olunmuş sinql | |||||||
A tərəfi |
|
||||||
B tərəfi | |||||||
Yayımlanma tarixi | 17 oktyabr 1994 | ||||||
Format | 7", 12", CD | ||||||
Yazılma tarixi | 1993 | ||||||
Janr | proqressiv rok | ||||||
Dil | ingilis | ||||||
Müddət |
8:32 (albom versiyası) 5:16 (sinql) |
||||||
Prodüser | Bob Ezrin və Devid Gilmor | ||||||
Bəstəkar | Devid Gilmor | ||||||
Sözlərin müəllifi | Devid Gilmor və Polli Semson | ||||||
Studiya |
EMI (BB) Columbia (ABŞ) |
||||||
Pink Floyd sinqllarının xronologiyası | |||||||
|
|||||||
Audio nümunəsi | |||||||
|
|||||||
|
"High Hopes" (azərb. Böyük ümidlər) — Pink Floyd qrupunun 1994-cü ildə yayımladığı The Division Bell albomundakı on birinci və son mahnı. Musiqisi Devid Gilmorun, sözləri isə Gilmor və Polli Semsonundur. Mahnının sözləri bir şəxsin həyatda qazanıb itirə biləcəyi şeylərdən bəhs edir. Gilmor bildirmişdir ki, mahnı daha çox onun erkən günləri və məmləkətini tərk etməsi haqqındadır.[3] Gilmourun dostu Duqlas Adams albomun adını bu mahnının bir misrasından seçmişdir. Canlı versiyalar Pink Floydun Pulse, həmçinin Gilmorun In Concert, Remember That Night, Live in Gdańsk və Live at Pompeii buraxılışlarına daxil edilib. Echoes: The Best of Pink Floyd albomunda bu mahnının bir qədər qısaldılmış versiyasından Sid Barrettin "Bike" mahnısına keçid edilir. Bu, "High Hopes"-un sonundakı kilsə zəngi səsinin velosiped zəngi səsi ilə əvəz olunması vasitəsilə yerinə yetirilmişdi. Sinqlın 7 düymlük val versiyası şəffaf üzlüklə buraxılmışdır.
Mahnının son kupleti ("The endless river/Forever and ever") qrupun 1967-ci il buraxılışlı ikinci sinqlı "See Emily Play"-in bir misrasına bənzəyir ("Float on a river/Forever and ever").[4] Bu, onların sonuncu və 2014-cü ildə buraxılmış The Endless River albomunun adına da təsir göstərmişdir.[5]