Yuni Bass bazilikasında mozaika. Burada Hilas və nimfalar təsvir edilmişdir.
Hilas (q.yun.Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj.[1] O, çox yaraşıqlı olması ilə tanınır.[2] Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi.[3] Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop[4] və ya Keykin oğlu idi.[5]