Hipertonik kriz

Hipertonik kriz
XBT-10 I16.1
XBT-9 401, 405
DiseasesDB 7788
MedlinePlus 000491
MeSH D006974

Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir.[1]

Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı).[2]

Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin[a] yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetikeukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakterizə olunur – belə hallarda sistolik təzyiq artır. Hipokinetik krizin inkişaf mexanizmi ürək atımının azalması, periferik damarların müqavimətinin kəskin artması ilə bağlıdır, bu da əsasən diastolik təzyiqin yüksəlməsinə gətirib çıxarır. Eukinetik hipertonik krizlər normal ürək atımı və periferik damarların yüksək tonusu ilə səciyyələnir, nəticədə həm sistolik, həm də diastolik təzyiq yüksəlir.[2]

Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur:[2]

  • ağırlaşmamış hipertonik kriz (I tip);[2]
  • ağırlaşmış hipertonik kriz (II tip).[2]
  1. R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2016. 2019. səh. 304.
  2. 1 2 3 4 5 Kardioloq Günay Novruzova. "Hipertonik kriz" (az.). hekimtap.az. 2020-07-22. İstifadə tarixi: 2020-04-23.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne