Daxili sekresiya vəziləri | |
---|---|
| |
Qrey | subyekt 275 1275 |
Sistem | Endokrin |
Üzv | Daxili sekresiya vəziləri |
Arteriya | superior hypophyseal artery, infundibular artery, prechiasmal artery, inferior hypophyseal artery, capsular artery, artery of the inferior cavernous sinus[1] |
Vena | Venoz qan mağaralı və mağaraarası ciblərə və böyük beyinin böyük venasına toplanır. |
Sinir | Daxili yuxu kələfindən gələn sekretor və vazomotor sinir lifləri. |
Limfa | Hörümçək torunabənzər qişaaltı boşluğa axır. |
Embrional | sinir və ağız ektoderması; ing. Rathke's pouch |
MeSH | Pituitary+Gland |
Dorlands/Elsevier | Pituitary gland |
Vikianbarda əlaqəli mediafayllar |
Hipofiz və ya beyin artımı (lat. hypophizus s. glandula pituitaria) — lobya böyüklükdə girdə ya oval formada tək üzvdür. Əsas sümüyün türk yəhəri çuxurunda (lat. fossa hypophyseos) yerləşmişdir və nazik qıf – lat. infundibulum vasitəsilə beyinin aşağı səthində olan boz qabar – lat. tuber cinereum ilə rabitədədir. Sağital ölçüsü 5–10 mm, kındələn öılçüsü 12–15 mm, şaquli ölçüsü 6–7 mm və çəkisi 0,35–0,65 q-dır. Hipofizin çəkisi orqanizmin böyümə dövrü ərzində xeyli dəyişir; yenidoğulmuşda çəkisi 0,1–0,15 qolur, 10 yaşında iki dəfə artır, 0,3 q-a çatır və həddi-büluğ dövründə sürətlə inkişaf edərək böyüklərdə olan ölçüyə çatır.