UNESCO-nun Ümumdünya irsi obyekti | |
---|---|
Əl-Hitan vadisi | |
وادي الحيتان [* 1] | |
![]() | |
Ölkə |
![]() |
Tip | Təbii |
Kriteriya | viii |
Keçid | 1186 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2005 (29-cu sessiya) |
|
|
Əl-Hitan vadisi (ərəb. وادي الحيتان, "Balinalar vadisi") — Misirin paytaxtı Qahirədən 150 kilometr (93 mil) cənub-qərbdə yerləşən paleontoloji ərazidir.[1] Ərazi üzərində bəzi balina, archaeoceti (balinaların nəsli kəsilmiş yarım-dəstəsi) erkən növlərinə aid yüzlərlə fosil yerləşir. Vadi 2005-ci ilin iyununda[2] UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[3] Ərazi balinaların təkamülünün ən böyük sirrlərindən birinə: balinanın quruda yaşayan bir heyvandan okeanda yaşayan bir məməliyə çevrilməsi izahına dair dəlilləri ortaya çıxardı. Dünyanın heç bir yerində bu cür fosillərin cəmləşməsi, cəlbedici və qorunan bir mənzərəyə daxil olması və qurulması kimi bir şeyə rastlanmamışdır.[4]