Homo Ludens,(lat. “Oynayan insan”) 1938- ci ildə Niderland tarixçisi və mədəniyyətşünası Yohan Heyzinq tərəfindən nəşr olunmuş əsərdir.[1] Əsərdə mədəniyyətin və cəmiyyətin inkişafında oyunun əhəmiyyəti müzakirə edilir. Heyzinq, oyunun mədəniyyətin formalaşması üçün əsas və lazımlı (kifayət qədər olmasa da) şərt olduğunu göstərir. Ludens sözünün ingilis dilində birbaşa ekvivalenti yoxdur, çünki eyni zamanda idman, oyun, məktəb və praktika mənalarını verir.[2]