Hovard Zinn | |
---|---|
ing. Howard Zinn | |
Doğum tarixi | 24 avqust 1922[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 2010[3][1][…] (87 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması[4] |
Uşağı | 2 |
Təhsili | |
Fəaliyyəti | dramaturq, politoloq, tarixçi, yazıçı, universitet müəllimi[d], jurnalist, sülh aktivisti, insan hüquqları fəalı, kinorejissor |
Tanınmış əsəri | |
howardzinn.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Hovard Zinn (24 avqust 1922[1][2][…], Bruklin, Nyu-York, ABŞ[4] – 27 yanvar 2010[3][1][…], Santa-Monika, Kaliforniya, ABŞ[4]) — amerikalı tarixçi, yazıçı, dramaturq və sosial aktivist. 1964–1988 illərdə Boston Universitetində siyasi elmlər üzrə professor işləməmişdən əvvəl və işlədiyi ərəfədə o, ən təsiredici və ABŞ-də bestseller olan "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"nin (A People’s History of the United States) də daxil olduğu iyirmidən çox kitab yazmışdır[6]. Zinn davamlı olaraq Birləşmiş Ştatlardakı fəhlə hərəkatı tarixi, vətəndaş hüquqları və müharibə əleyhinə olan hərəkatlar tarixi barədə yazmışdır. Onun memuarı olan "Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən" (You Can’t be Neutral on a Moving Train) 2004-cü ildə Zinnin həyat və fəaliyyətini özündə əks etdirən sənədli filmin başlığıdır[7]. Hovard Zinnin "A Young People's History of the United States" kitabı azərbaycan dilinə "Başla Kitab" tərəfindən tərcümə edilmişdir.