Hun Sen | |
---|---|
khm. ហ៊ុន សែន | |
Kamboca Krallığının Baş naziri | |
14 yanvar 1985 – h.h | |
Əvvəlki | Çan Sı |
Kamboca Krallığının İkinci Baş naziri | |
24 sentyabr 1993 – 30 noyabr 1988 | |
Kamboca Xalq Partiyasının Prezidenti | |
25 iyun 2015 – h.h | |
Əvvəlki | Çea Sim |
Kamboca Krallığının Xarici İşlər Naziri | |
1988 – 1990 | |
Əvvəlki | Konq Korm |
Sonrakı | Hor Namhonq |
10 yanvar 1979 – Dekabr 1986 | |
Əvvəlki | İenq Sari |
Sonrakı | Konq Korm |
Kamboca Krallığının Milli Məclisinin üzvü | |
14 iyun 1993 – h.h | |
Şəxsi məlumatlar | |
Doğum adı | ហ៊ុន ប៊ុនណាល់ |
Doğum tarixi | |
Doğum yeri | Pim Kaox Sna, Stunq Tranq, Kamponqtyam vilayəti, Fransa Kambocası protektoratı, Fransa Hindçini (indiki Kamboca) |
Fəaliyyəti | diplomat, siyasətçi |
Atası | Hun Neanq |
Anası | Di Yon |
Həyat yoldaşı | Bun Rani |
Uşaqları | 5 (Manet, Manit və Mani daxil) |
Dini | Theravada |
Hərbi xidmət | |
Qoşun növü | Qırmızı kxmerlər |
Döyüşlər | |
Rütbəsi | mayor, Ordu generalı |
|
|
samdechhunsen.gov.kh | |
Vikianbarda əlaqəli mediafayllar |
Hun Sen (khm. ហ៊ុន សែន; 5 avqust 1952[1]) — 1985-ci ildən etibarən Kambocanın Baş naziri, Kambocanın ən uzun hakimiyyətdə olan hökumət başçısı və dünyanın ən uzun hakimiyyətdə olan liderlərindən biri olan kambocalı siyasətçi.[2]
Hun Bunal adı ilə anadan olub, qırmızı kxmerlərə əsgər kimi qoşulduqdan iki il sonra 1972-ci ildə adını Hun Sen olaraq dəyişdirdi. Kamboca vətəndaş müharibəsində qırmızı kxmerlər tərəfində vuruşdu. 1979–1986-cı illərdə və yenidən 1987–1990-cı illərdə Vyetnam tərəfindən nəzarət edilən hökumətdə Kamboca Xarici İşlər Naziri vəzifəsində çalışıb. 26 yaşında eyni zamanda dünyanın ən gənc xarici işlər naziri adını da qazanmışdı.[3]
Hun Sen 1985-ci ilin yanvarında tək partiyalı Milli Məclisdə 1984-cü ildə vəfat edən Chan Sının yerinə təyin edilməklə Baş nazir vəzifəsinə yüksəldi. 1993-cü ildə BMT-in dəstəklədiyi parlament seçkilərinə qədər vəzifəsini saxladı. Seçkilərdə məğlub olan Sen nəticəni qəbul etməyi rədd etdi və ayrılıqçı hərəkatı təhdid etdi. MBDKKMBC ilə danışıqlardan sonra Norodom Ranarit və Hun Sen koalisiya dağılana və Sen 1997-ci ildə Ranariti devirən çevriliş təşkil edənə qədər eyni zamanda Birinci və İkinci Baş nazir vəzifələrini icra etməyi qəbul etdilər. 1998-ci ildən bəri Hun Sen KXP-ı mübahisəli seçki qələbələrinə apararaq sürətli iqtisadi böyüməyə və inkişafa, eyni zamanda korrupsiya, meşələrin qırılması və insan haqlarının pozulmasına apardı. 2013–2014-cü illərdəki etiraz aksiyalarından sonra 2018-ci ildə müxalifət partiyalarının ləğvindən sonra altıncı müddətə seçildi və KXP Milli Məclisdəki bütün yerli qazandı. Hal-hazırda altıncı müddət Baş nazir vəzifəsini icra edir.[4]
Hun Sen kommunist, marksist-leninist, sərbəst bazar kapitalizmi siyasi ideologiyalarını yürütməsinə baxmayaq, o heç bir ideologiyanı ana xətt olaraq yürütmədiyini deyir. Öz xarici siyasətdə son illərdə kəmər və tol inşaatı planları çərçivəsində Kambocada genişmiqyaslı infrastruktur layihələri və investisiyalar həyata keçirən Çinlə diplomatik və iqtisadi ittifaqı gücləndirdi. Sen KXP-ın vətəndaş azadlıqlarını məhdudlaşdırmasına cavab olaraq Kambocaya edilən xəbərdarlıq və sanksiyalardan sonra tez-tez qərb güclərini tənqid etdi və qonşu Tayland və Laosla bir sıra diplomatik mübahisələri gücləndirdi.[5]
"The Sydney Morning Herald" tərəfindən "siyasi rəqiblərini məhv edən hiyləgər operator", eyni zamanda Kambocada son dərəcə mərkəzləşmiş gücə sahib olan, şiddət və korrupsiyada günahlandırılaraq avtoritar lider olaraq xarakterizə edildi.[6]