Hurts

Hurts
Musiqiçi məlumatları
Fəaliyyət illəri 2009-cu ildən — bu günə kimi
Janrlar sintipop, yeni dalğa
Albom şirkəti RCA
informationhurts.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hurts - Mançesterdən olan İngilis musiqi kollektivi. 2009-cu ildə yaranmışdı. Onların ilk iki albomu - HappinessExile Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Polşa və Finlandiyada 10 ən yaxşı albom sıralarına daxil olmuşdu.

Qrupun adı 2 məna daşıyır: birincisi bu tezlik vahidinin ölçüsüdür (ürək sakit vəziyyətdə) təxminən 1 Herzt vahidində döyünür, maraqlısı elə odur ki, Herz sözü (alm. Herz‎) tərcümədə «ürək» deməkdir. İkincisi isə emosiya (ing. hurt — əzab, ruhi iztirab). Bundan başqa, Hurts adı yaxşı görünür və çox gözəl səslənilir.[1][2] Musiqiçilərin özləri isə deyirlər ki, onlar emosional (Hurts) elektron (Hertz) musiqi yazırlar.[3][4] Qrup bir çox sosial proektlərdə iştirak etmişdi. 14 oktyabr 2010-cu ildə Hurts qrupu Berlində düzənlənən «Bembiyə xərac» adlı valideyn himayəsindən məhrum qalan uşaqlar üçün xeyriyyə tədbirində çıxış etmişdilər.[5] 17 noyabr 2010-cu ildə təlimdə çətinlik çəkən insanlar üçün vəsait yığmaq məqsədi ilə London kapellasında və «Menkapın» təşkilatçılığı ilə Hurts qrupunun çıxışı baş tutdu.[6] Akustik konsertdə Adam iştirak edə bilmədi,[7] lakin tədbirin çox böyük əhəmiyyətindən onlar qərara gəldilər ki, Teo konserti onsuz aparacaq. Tədbirdə «Devotion», «Wonderful Life», «Sunday», «Blood Tears and Gold», «Evelyn», «Better Than Love» və «Stay» mahnıları ifa edildi.[8] 24 aprel 2011-ci ildə qrup «Wonderful Life» mahnısı ilə «İdollar» layihəsinin fin versiyasında çıxış etmişdilər; bu proektin məqsədi - «Finn Church Aid» təşkilatın köməyi ilə ən kasıb ölkələrə maddi yardım edilməsi və bunun üçün düzənlənmiş xeyriyyə şousu yaratmaq idi.[9] 7 mart 2013-cü ildə Hurts BBC Three kanalının «Gülüşlə yetirilərək» adlı teleşousunda Qrem Norton ilə birgə «Miracle» adlı mahnısını ifa etdilər - bu şounun da əsas prinsipi, Efiopiyada aclıqdan əziyyət çəkən insanlara kömək məqsədi ilə təşkil olunan xeyriyyə fondunun yaradılmasından ibarət idi.[10]

  1. SWR3. "SWR3 New Pop Festival 2010 Portrait mit Hurts" (ingilis). 2010-08-25. 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.
  2. Журнал Asos Asos. — май 2010.
  3. Dj Tango La isla. "Dj Tango entrevista a Hurts - Interview Hurts Madrid 17 Oct 10" (ingilis). YouTube. 2010-11-10. 2014-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.
  4. Steve Bateman. "An interview Hurts On Their Past, Present & Future". repeatfanzine (ingilis). 2010-06-30. 2013-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.
  5. "TRIBUTE TO BAMBI 2010 in Berlin". tributetobambi (alman). 2010-10-15. 2013-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-03.
  6. Sunday People. "Tom Jones to perform at Mencap gig". 3am & Mirror Online (ingilis). 2010-10-01. 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.
  7. Jo Whiley. "Radio 2 Jo Whiley session (Hurts) 18.11.10". Radio 2 (ingilis). 2010-11-18. 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.
  8. Puzzywoo. "Applause and Clamour: Hurts at Union Chapel, Little Noise Sessions, 17 Nov 2010" (ingilis). 2010-11-19. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.
  9. "Hurts Performs in Finnish Idol Gives Back-Event – HURTS – News". informationhurts (ingilis). 2011-04-06. 2013-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-03.
  10. "BBC - Media Centre - Host of celebrities set to join Comic Relief's Big Chat with Graham Norton". BBC Three (ingilis). 2013-02-20. 2013-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne