I Abdulla | |
---|---|
ərəb. الشريف عبدالله الاول ابن الحسين | |
25 may 1946 – 20 iyul 1951 | |
Sonrakı | I Təlal |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 fevral 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyul 1951[1][2][…] (69 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
|
Fəaliyyəti | monarx |
Atası | Hüseyn ibn Əli əl-Haşimi |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Haşimilər |
Dini | sünni islam, islam |
Rütbəsi | Feldmarşal |
Vikianbarda əlaqəli mediafayllar |
I Abdulla (2 fevral 1882, Məkkə, Hicaz vilayəti – 20 iyul 1951[1][2][…]) — İordaniya kralı.
Hicaz əmiri Hüseyn ibn Əli əl-Haşimi (Şərif Hüseyn) oğlu Abdulla, ingilislərin dəstəyi ilə 1921-ci ildə Maverai İordaniya Əmirliyinin başçısı oldu.[3] Əvvəlcə Paeke Paşa, sonra isə Qlubb Paşa üçün təşkil etdiyi "Ərəb legionu" Kərkük-Hayfa neft kəmərinin qorunmasını təmin etdi. İkinci Dünya müharibəsi zamanı əmirlik sərhədindən xaricə də müdaxilə etmişdi. 1946-cı ildə İngiltərə ilə ittifaqdan sonra ölkə müstəqil oldu və 1949-cu ildə ilk İordaniya kralı olaraq tacqoyma mərasimi keçirdi. Suriya və Livanı daxil edəcək bir dövlət qurmağa çalışarkən öldü.
Əmir Abdulla Əfəndi ömrü boyu ingilislərin sadiq bir dostu olaraq qaldı. Sarayında çərkəzləri mühafizəçi olaraq yerləşdirmiş və oğlunun problemsiz hakimiyyətdə qalmasını təmin etmişdi. Haşimi nəslindən olması iddiası bu günə qədər sübut edilməyib.
Qardaşı Faisal ingilis dostları sayəsində İraq Əmiri oldu. Osmanlı İmperiyasının Ərəbistan yarımadasından çıxarılmasında fəal rol oynayan ingilislər ata Şərif Hüseyni Hicaza, oğulları İraq və İordaniyaya əmir təyin etdi.
I Abdulla 1951-ci ildə Cümə namazından çıxarkən Qüdsdə bir fələstinli tərəfindən öldürüldü.