"I Just Can't Stop Loving You" | ||||
---|---|---|---|---|
Maykl Cekson və Siedah Garrett tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 20 iyul, 1987 | |||
Format | sinql | |||
Janr | Pop/R&B | |||
Dil | ingilis dili | |||
Müddət | 04:11 | |||
Prodüser | Maykl Cekson və Quincy Jones | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson və Siedah Garrett sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi.
Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
Mahnı çox uğurlu alınmış və dinləyicilər tərəfindən sevilmişdir. Həmçinin hit paradlarda da sürətlə irəliləyən mahnı Billboard Hot 100 – də ilk beşliyə daxil ola bilmişdir. Mahnı həmçinin Billboard R&B və adult contemporary hit paradlarında birinciliyə yüksəlmişdir.
Bu mahnı Ceksonun "AC chart"da birinciliyə yüksəlmiş ikinci sinqlıdır (bu hit paradda zirvəyə yüksəlmiş ilk mahnısı Pol Makkartni ilə birgə 1982-ci ildə ifa etdiyi "The Girl Is Mine" mahnısı olmuşdur.)[1] Mahnıya klip çəkilməmişdir. 2012-ci ildə "Bad 25" layihəsi çərçivəsində mahnı yenidən sinql şəklində satışa çıxarılmışdır.
Orijinal versiyada mahnı Ceksonun danışığı ilə başlayır. Lakin sonra çıxarılmış versiyalarda və ümumiləşdirici albomlara daxil edilmiş versiyalarda həmin hissə ixtisar edilmişdi.