Harop | |
---|---|
| |
Tipi | Pilotsuz uçuş aparatı |
İstehsalçı | İsrail Aerokosmik Sənayesi |
İstismarçılar | İsrail |
Baza modeli | IAI Harpy |
Vikianbarda əlaqəli mediafayllar |
IAI Harop və ya IAI Harpy 2 — İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal edilən kamikadze dron. Anti-radiasiya kateqoriyasına aiddir. Hədəfin yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəfə vurur.[1] Həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən radar ölçüsünün kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas hava hücumundan müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarına görə onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər. Beləliklə, düşmənin radar bazalarını, hava hücumundan müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.[2]