II Karl (Orlean hersoqu)

II Karl
fr. Charles II d'Orléans
10 avqust 1536 – 9 sentyabr 1545
ƏvvəlkiI Henri
SonrakıIII Lüdovik
Şəxsi məlumatlar
Doğum tarixi 22 yanvar 1522
Doğum yeri
  • Sen-Jermen-an-Le[d]
Vəfat tarixi 9 sentyabr 1545 (23 yaşında)
Vəfat səbəbi taun
Dəfn yeri
Fəaliyyəti əsilzadə
Atası I Fransisk
Anası Fransalı Klod
Ailəsi Valua sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Karl (fr. Charles II d'Orléans; 22 yanvar 1522, Sen-Jermen-an-Le[d]9 sentyabr 1545) — Fransa kralı I Fransiskin oğlu, Orlean hersoqu.[1]

22 yanvar 1522-ci ildə dünyaya gəldi. Atası Fransa kralı I Fransisk, anası isə onun ilk xanımı Valualı Kloddur. Hər iki şəcərədən də Fransa kralı V Karlın nəslindən idi. Doğulduğu gün Anqulem hersoqu elan edildi və 1536-cı ilədək bu ünvanı daşıdı. Həmin il böyük qardaşı dofen Fransisk anidən öldü və digər qardaşı Henrinin dofen olmasıyla, Karl Orlean hersoqluğuna gətirildi.

Uşaq yaşlarında keçirdiyi çiçək xəstəliyi səbəbilə bir gözü yox idi. Buna baxmayaraq bütün tarixi qaynaqlarda I Fransiskin ən yaraşıqlı oğlu olaraq anılır. 1540-cı ildə Klermont qraflığı da ona verildi. 1542-ci ildə atasıyla Müqəddəs Roma imperatoru V Karl yenidən müharibəyə başladı və Karl əmrindəki birliklərlə bu müharibədə iştirak etdi. Lüksemburq torpaqlarını işğal etdi.

Ancaq çox keçmədən Karl 9 sentyabr 1545-ci ildə tutulduğu vəba xəstəliyi səbəbilə vəfat etdi. Cənazəsi Sen-Deni bazilikasında qardaşının yanına dəfn edildi. Heç vaxt evlənmədi və övladı olmadı.

  1. Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne