Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
II Mehmed | |
---|---|
osman. فاتح سُلطان محمد | |
avqust 1444 – avqust 1446 | |
Əvvəlki | II Murad |
Sonrakı | II Murad |
3 fevral 1451 – 3 may 1481 | |
Əvvəlki | II Murad |
Sonrakı | II Bəyazid (faktiki) Cem Sultan (iddiaçı) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 mart 1432 |
Doğum yeri | |
Vəfat tarixi | 3 may 1481[1] (49 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx, şair |
Atası | II Murad |
Anası | Hüma Xatun |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
II Mehmed və ya Fateh Sultan Mehmed (osman. السلطان الغازي محمد الثاني الفاتح Mehmed-i Sani; 30 mart 1432, Ədirnə – 3 may 1481[1], Gəbzə, Kocaeli ili) — 7-ci Osmanlı padşahı. II Mehmed 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı.
Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir.