II Vasili Vulqarokton | |
---|---|
yun. Βασίλειος B' Βουλγαροκτόνος | |
10 yanvar 976 – 15 dekabr 1025 | |
Əvvəlki | I İohann Simisxi |
Sonrakı | VIII Konstantin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 958 |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 1025 |
Vəfat yeri | |
Fəaliyyəti | imperator |
Dini | şərqi ortodoks xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
II Vasili Vulqarokton (yun. Βασίλειος B' Βουλγαροκτόνος; 958, Konstantinopol, Bizans imperiyası – 15 dekabr 1025, Konstantinopol, Bizans imperiyası[1]) — Makedonlar sülaləsindən olan Bizans imperatoru, imperator II Romanın oğlu və I İohann Simiskinin varisi. O, VIII Konstantin ilə həmimperator olmuşdur. II Vasili imperiyanı çoxsaylı rəqiblərdən qorumaq üçün aparmağa məcbur olduğu müharibələrlə tanınır. O, imperator III Ottona, Beneventonun lanqobard hersoqlarına və slavyanlara, xüsusən də bulqarlara qarşı mübarizə aparmışdır. Sonunculara qarşı müharibə hər iki tərəfin vəhşilikləri ilə müşayiət olunurdu.[2]