IX Konstantin Monomax | |
---|---|
yun. Κωνσταντίνος Θ΄ Μονομάχος | |
| |
11 iyun 1042 – 11 yanvar 1055 | |
Əvvəlki | V Mixail |
Sonrakı | Feodora |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1000[1] |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 1055 |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Fəaliyyəti | siyasətçi |
Atası | Feodosi Monomax |
Həyat yoldaşları |
Elena Sklirena Zoya |
Uşağı | müb. Monomaxiya |
Dini | Pravoslav xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
IX Konstantin Monomax (yun. Κωνσταντίνος Θ΄ Μονομάχος; 1000[1], Konstantinopol – 11 yanvar 1055, Konstantinopol) — Makedonlar sülaləsindən olan Bizans imperatoru (11 iyun 1042–11 yanvar 1055). O, imperator taxt-tacını VIII Konstantinin qızı Zoya Porfirogenet ilə evlənərək əldə etmişdir.
Bizans imperiyası IX Konstantinin hakimiyyəti dövründə Kiyev rusları və Səlcuq türkləri ilə müharibə aparmışdır. Onun ölümündən bir il əvvəl Avropadakı xristianlıq Şərqi pravoslav kilsəsi və Roma-Katolik kilsəsinin yaranması ilə iki yerə bölünmüşdür.