I Kristian | |
---|---|
alm. Christian | |
![]() | |
1 sentyabr 1448 – 21 may 1481 | |
Əvvəlki | Bavariyalı Xristofor |
Sonrakı | I Con |
13 may 1450 – 21 may 1481 | |
Əvvəlki | VIII Çarlz |
Sonrakı | I Con |
23 iyun 1457 – 23 iyun 1464 | |
Əvvəlki | VIII Çarlz |
Sonrakı | VIII Çarlz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | fevral 1426[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 1481[2] (55 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | monarx |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Oldenburqlar |
Dini | Roma-Katolik kilsəsi |
![]() |
I Kristian (dan. Christian 1.; fevral 1426[1], Oldenburq – 21 may 1481[2], Kopenhagen qəsri[d]) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. Oldenburq sülaləsindən yetişən ilk monarxdır.
Bavariyalı Xristoforun geridə vəliəhd qoymadan ölümündən sonra (1448) yaranan boşluqdan istifadə edən VIII Karl İsveç krallığını ələ keçirdi və Kalmar birliyini İsveç rəhbərliyində yenidən canlandırmaq istədi. Ertəsi il Norveç krallığını da özünə tabe edən VIII Karlın hədəfində Danimarka səltənəti idi. Ancaq Holşteyn qraflarının da təzyiqi ilə Danimarka Gizli Məclisi Kristianı Danimarka taxtına çıxardı. Daha sonra onun Norveç (1450) və İsveç (1457) səltənətlərini də əlinə alması nəticəsində Kalmar birliyi qısa müddətliyinə də olsa, bərpa olundu. Belə ki, 1463-cü ildə İsveç birlikdən ayrıldı. I Kristianın İsveç taxtını ələ keçirmək cəhdi isə 1471-ci ildə baş tutan Brunkberq məğlubiyyəti ilə nəticələndi.
1460-cı ildə əmisi Holşteyn qrafı Adolfun ölümündən sonra I Kristian Şlezviq hersoqu və Holşteyn qrafı ünvanlarına da yiyələndi.
26 oktyabr 1449-cu ildə sələfi Danimarka kralı Bavariyalı Xristoforun dul xanımı Brandenburqlu Doroteya ilə evləndi. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşda öldü.