Fla`vi Pyotr Savva`ti Yusinia`n | |
---|---|
527 – 565 | |
Əvvəlki | I Yustin |
Sonrakı | II Yustin |
Şəxsi məlumatlar | |
Doğum adı | Petrus Sabbatius |
Doğum tarixi | |
Doğum yeri | Tveriya, Makedoniya |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Konstantinopol |
Dəfn yeri | Konstantinopol |
Fəaliyyəti | siyasətçi, imperator, yazıçı |
Atası | Savvati |
Anası | Vigelantiya |
Həyat yoldaşı | Teodora |
Uşağı | 2 uşaq |
Ailəsi | Yustinianlar sülaləsi |
Dini | şərqi xristianlıq[d], xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Fla`vi Pyotr Savva`ti Yusinia`n (lat. Flavius Petrus Sabbatius Iustinianus, yun. Φλάβιος Πέτρος Σαββάτιος Ιουστινιανός) tarixdə daha çox I Yustinia`n yaxud Böyük Yustinia`n (11 may 482[1][2] – 14 noyabr 565[1][2][…], Konstantinopol[3]) kimi tanınan Yustinianlar sülaləsinə məxsus 527-565-ci illərdə Bizans imperatoru.
Yustinianın hakimiyyəti imperiyanın bərpası (renovatio imperii) ilə əlamətdardır.[4] Onun generalı Belisarius, şimali Afrikada yerləşən Vandal krallığını fəth etdi və krallıq 534-cü ildə süqut etdi. Sonradan Belisarius, Narses və digər generallar Ostroqot krallığını zəbt edərək Dalmatiya, Siciliya, İtaliya və Romanı ostqotların yarım əsrdən çox hökmranlığından sonra imperiyaya qaytardılar. Prefekt Liberius İberiya yarımadasının cənubunu geri alaraq İspaniya əyalətini yaratdı. Bu yürüşlər qərbi Aralıq dənizi üzərində Roma nəzarətini bərpa etdi və İmperiyanın illik gəlirini bir milyon solididən çox artırdı.[5] Yustinian hakimiyyəti dövründə Qara dənizin şərq sahilində, əvvəllər heç vaxt Roma hakimiyyəti altında olmamış Tzani xalqını da tabe etdi.[6] O, şərqdə I Qubad dövründə, daha sonra isə yenə I Xosrovun dövründə Sasani imperiyası ilə müharibələr apardı: ikinci münaqişə qismən onun qərbdəki ambisiyalarına görə başladı.
Onun hakimiyyətinin əks-səda doğuran cəhəti bir çox müasir dövlətlərdə hələ də mülki hüququn əsasını təşkil edən Roma hüququnun, Mülki hüquq toplusunun (Corpus Juris Civilis) vahid şəkildə yenidən yazılması idi.[7] Onun hakimiyyəti Bizans mədəniyyətinin çiçəkləndi və Ayasofya kimi memarlıq abidələri inşa edildi. O, Şərqi Pravoslav Kilsəsində "İmperator Müqəddəs Yustinian" adlanır.[8] Onun bərpa fəaliyyətlərinə görə, Yustinian bəzən 20-ci əsrin ortalarında tarixşünaslıqda "Son Romalı" kimi tanınmışdı.[9]