Ice Spice

Ice Spice
Ümumi məlumatlar
Doğum adı Isis Naija Gaston[6][7]
Doğum tarixi 1 yanvar 2000(2000-01-01)[1] (25 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, mahnı yazarı[d]
Fəaliyyət illəri 2021-ci ildən
Janrlar drill[d][8], hip-hop[d], Şərq Sahili hip-hop musiqisi, pop rep[d]
Albom şirkətləri Capitol Records[d][2], 10K Projects[3], Polydor Records[4]
Təhsili
İmzanın şəkli
icespicemusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ice Spice (əsl adı: Aysis Nayca Qaston; 1 yanvar 2000[1], Bronks, Nyu-York ştatı, Nyu-York, ABŞ[1]) — ABŞ repçisi. Nyu-York şəhərinin Bronks borosunda böyüyüb, karyerasına 2021-ci ildə SUNY Purchase-də təhsil alarkən prodüser RiotUSA ilə tanış olduqdan sonra başlayıb.

Ice Spice 2022-ci ilin sonlarında TikTok-da hit olan mahnısı "Munch (Feelin' U)" sayəsində tanınma qazanıb, 2022-ci ilin sonlarında "Bikini Bottom" və 2023-cü ilin əvvəllərində "In Ha Mood" adlı sinqllarını yayımlayıb. Yanvar ayında debüt mini-albomu "Like..?"-ni təqdim edib. O, həmin ay Lil Tjay ilə birgə ifa etdiyi "Gangsta Boo" mahnısını çıxarıb. Bu mahnı Billboard Hot 100 hit-paradına düşüb. Onun remiks sinqlları "Boy's a Liar Pt. 2" (PinkPantheress ilə) və "Princess Diana" (Niki Minaj ilə) ABŞ-də ilk beşliyə yüksəlib. Ice Spice-nin Teylor Sviftin "Karma" mahnısına olan remiksi isə 26 may 2023-cü ildə yayımlanıb.

Musiqi jurnalistləri Ice Spice-nin rep üslubunu unikal hesab edirlər. The New York Times və Billboard kimi nəşrlər onu "repin yeni şahzadəsi" adlandırıblar.[9]

  1. 1 2 3 4 AllMusic (ing.). 1991.
  2. 1 2 https://shop.capitolmusic.com/collections/ice-spice.
  3. 1 2 https://www.10kprojects.com/partners/ice-spice.
  4. 1 2 https://www.polydor.co.uk/artist/ice-spice/.
  5. 1 2 11 things to know about Ice Spice, the New York rapper with more monthly Spotify listeners than The Beatles.
  6. https://www.hola.com/us/celebrities/20230602346496/six-interesting-facts-about-ice-spice/.
  7. https://www.dailyo.in/amp/entertainment/karma-collab-a-bummer-but-who-is-ice-spice-and-her-jump-to-fame-39920.
  8. Staff T. (unspecified title).
  9. Mamo, Heran. "The New 'Princess' of Rap: How Ice Spice Exploded Into Stardom". Billboard (ingilis). 2023-05-11. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne