Imagine Entertainment (əvvəllər Imagine Films Entertainment, həmçinin Imagine) — ABŞkino şirkəti. Şirkət 1986-cı ildə[1] Brayan Qreyzer və Ron Hovard tərəfindən birgə "Su pərisi" (1984)[2] filminin uğurundan sonra əsası qoyulmuşdur.
Şirkət digərləri ilə yanaşı, blokbaster filmləri olan "Apollo 13" (1995), "Ağıl oyunları" (2001) və "Da Vinçi şifrəsi" (2005) filmlərini istehsal etmişdir.
"Imagine" şirkətinin "Imagine Features", "Imagine Television Studios",[3] "Imagine Documentaries" və "Imagine Kids+Family" kimi törəmə şirkətləri var. Onun həmçinin, "Jax Media", "Jigsaw Productions"[4] və "Marginal Mediaworks[5] kimi törəmə şirkətləri var.