Jak Klod Marye Vinsent de Qurne | |
---|---|
Doğum tarixi | 28 may 1712[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyun 1758[1][2][…] (46 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | iqtisadçı, filosof |
Jak Klod Marye Vinsent de Qurne (fr. Jacques Claude Marie Vincent de Gournay; 28 may 1712[1][2][…], Sen-Malo – 27 iyun 1758[1][2][…], Kadis, Əndəlüs) - Fransız iqtisadçı, ticarət intendantı. Bəzi iqtisadiyyat tarixçiləri laissez faire, laissez passer (azərb. buraxın etsinlər, buraxın keçsinlər) ifadəsini onun kəşf etdiyini düşünürlər.[3] Bu ifadənin əsasları Fransa dövləti kölə ticarəti ilə bağlı Vest-Hind şirkətindəki imtiyazından-inhisarçılığından ayrılanda qoyulmuşdu. Qurne, həmçinin, "bürokratiya" terminin də banisi hesab olunur. O, Fransua Kene ilə birlikdə Fiziokratiya məktəbinin lideri olaraq hesab edilir.[3]