Jan Parizo de la Valett | |
---|---|
fr. Jean de Valette | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1494[1] |
Vəfat tarixi | 21 avqust 1568[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Dini | katolisizm |
![]() |
Jan Parizo de la Valett (fr. Jean Parisot de la Valette ; 1494[1] – 21 avqust 1568[1], Malta adası) — Fransız zadəgan, Malta ordeninin 49-cu Böyük Magistridir. Cəngavər kimi Malta ordeninə daxil olaraq Rodosda türklərə qarşı misilsiz bir mübarizə aparmışdır. Böyük Magistr kimi Valett 1565-ci ildə Böyük Malta mühasirəsi zamanı Osmanlı qoşunlarına qarşı müqavimətə komandanlıq etmiş və bəzən də bütün zamanların ən böyük mühasirələrindən biri hesab edilən[2] bu mühasirə zamanı ordenin qəhrəmanına və ən məşhur liderinə çevrilmişdir.
Valletta şəhərinin təməli 1566-cı ildə Böyük Magistr La Valett tərəfindən qoyulmuşdur.