Kamal, həmçinin kəşəbə kimi də adlanan coğrafi enliliyi göstərən astronomik naviqasiya cihazı.[1] İlk dəfə IX əsrdə ərəb dənizçiləri tərəfindən tərtib edilən cihaz, Hind okeanında geniş istifadə olunub.[4][2] Daha sonra hind və çin dənizçiləri tərəfindən də XIX əsrə qədər geniş istifadə olunub.[3] Kamal quruluşca çox sadə bir cihaz olub, amma eyni zamanda çox effektli bir cihaz olub və məhz buna görə də Vasko de Qama tərəfindən bu cihaz istifadə edilərək Afrikanı dolayıb Hindistana gedib çıxa bilmişdir.[1] Kamalın kəşf olunması vaxtında məlum olan ən geniş dənizdə enlikdə üzmə səyahətinin həyata keçirilməsinə imkan vermişdir və beləliklə naviqasiyada kəmiyyət hesablamaların ən birinci addımlarından oldu.[3][2]