Kanaklar | |
---|---|
![]() | |
![]() |
Kanaklar— Yeni Kaledoniyada yaşayan, əhalinin 41,2%-ni təşkil edən Melaneziyanın yerli xalqıdır. Bu ad havay dilindəki "kanaka maoli" ifadəsindən gəlir və keçmişdə avropalı tədqiqatçılar, tacirlər və missionerlər tərəfindən bir çox sakit okean adalarının qeyri-avropalı əhalisi üçün alçaldıcı termin kimi istifadə edilirdi. Avropalıların gəlişinə qədər Yeni Kaledoniyada nə vahid dövlət, nə də onun sakinləri üçün ümumi bir ad yox idi. Bir çox Kanaklar qəbilələrində öz dillərində danışmağa və öz adətlərinə əməl etməyə davam edir. Bu günə qədər 28-ə qədər müxtəlif Kanak dili qalır.