Kanserogen

Kanserogenlər (lat. cancer, q.yun. γεννάω sözlərindən götürülmüş doğuş və xərçəng mənalarını verir) insan və ya heyvan orqanizminə təsir edərək bədxassəli şişlərin yaranma ehtimalını artıran ətraf mühit amilləridir. Bu amillər kimyəvi, fiziki (ionlaşdırıcı şüalanma, ultrabənövşəyi şüalar), bəzən də bioloji (onkogen viruslar, bəzi bakteriyalar) xarakterli ola bilirlər. Onkoloqlar təsdiqləmişdirlər ki, insanda rast gəlinən xərçəng formalarının 80–90%-i belə amillərin təsiri [1] nəticəsində əmələ gəlirlər. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri kanserogenlərin fiziki və ya kimyəvi xassələrinə görə, genetik aparatın somatik hüceyrələrinə nəzarəti həyata keçirən hissələrində dəyişikliklərə və zədələnmələrə səbəb ola bilən maddələrin olduğunu müəyyən etmişdirlər.[1]

  1. 1 2 Черенков, 2010

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne