Kanye Vest | |
---|---|
ing. Kanye West | |
| |
Ümumi məlumatlar | |
Ləqəbi |
|
Doğum tarixi | 8 iyun 1977[1][2] (47 yaş) |
Həyat yoldaşı |
|
Uşaqları | |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 1996-cı ildən |
Albom şirkətləri | GOOD Music[d], Roc-A-Fella Records[d], Def Jam Recordings[d] |
Təhsili | |
kanyewest.com kanyewest.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977[1][2], Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri.[3][4][5]
Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb.[6][7] O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024)
Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur.[8][9] Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını və çəkələklərini təqdim etmişdir (Yeezy Slides). Kanye həmçinin Donda məzmun şirkətinin əsasını qoyub.
Kanye Vestin açıq sözlü fikirləri medianın böyük marağına səbəb olmuşdur. O, sosial mediada, mükafat mərasimlərində və ictimai yerlərdə çoxsaylı qalmaqallara səbəb olub.[10] Kanye musiqi və moda sənayesi, ABŞ siyasəti, irq və köləlik haqqında mübahisəli fikirlər bildirib. Onun xristian inancı, Kim Kardaşyanla evliliyi və psixi sağlamlığı medianın diqqət mərkəzində olub.[11][12] 2020-ci ildə Kanye prezidentlik üçün namizədliyini irəli sürüb. Bununla belə, 2022-ci ildə o, geniş qınaqla üzləşib və antisemitist bəyanatlar verdikdən sonra Adidas, Gap və Balenciaga kimi böyük markalardan tərəfdaşlığını itirib.[13][14] 2022-ci ilin noyabrında o, 2024-cü il prezident seçkilərində namizəd olacağını bəyan edib və Nik Fuentes adlı ağ irqçi ilə ictimaiyyətə görünüb. Kanye Vest hətta Adolf Hitleri tərfiləyib, Holokostu inkar edib[15][16] və özünü nasist kimi qələmə verib, bu da mübahisələri daha da artırıb.