Ulduz | |||
Kapella | |||
---|---|---|---|
![]() | |||
Müşahidə məlumatları (Dövr J2000.0) |
|||
Birbaşa çıxma | 5s 16d 41,36s[1] | ||
Meyl | 5s 16d 41,36s[1] | ||
Məsafə | 13 parsek[2] | ||
Görünən ulduz ölçüsü (V) | 0,08[3] | ||
Bürc | Arabaçı | ||
Astrometriya | |||
Radial sürət (Rv) | 29,6 ± 0,5 km/san[4] | ||
Parallaks (π) | 76,67 ± 0,17 mas[2] | ||
Mütləq böyüklük (V) | 0,296 | ||
Xüsusiyyətləri | |||
Ulduz təsnifatı | G3III:[5] | ||
Fiziki xüsusiyyətləri | |||
Metallığı | 0,18[6] | ||
Orbit elementləri | |||
|
|||
Verilənlər bazasında məlumat | |||
SIMBAD | * alf Aur | ||
![]() |
Eyni zamanda Alfa Arabaçı (α Aur) olaraq da adlandırılan Kapella Arabaçı bürcündə ən parlaq, gecə səmasında altıncı ən parlaq və səmanın şimal yarımkürəsində Arktur və Veqadan sonra ən parlaq üçüncü ulduzdur. Veqa- Şimal yarımkürəsinin qış göyündə gözə çarpan bir ulduzdur.
Kapella sistemi Günəşdən yalnız 42,8 işıq ili (13,1 pk) uzaqlıqdadır[7]. Kapella dünya göyündə, adi gözlə görülə bilən ən parlaq 10 ulduzdan biridir. O qədər parlaqdır ki, təxminən 42 işıq ili uzaqlıqda olmasına baxmayaraq, böyük şəhərlərdə atmosfer çirkliliyi altında belə rahatlıqla görülə bilir.
Adi gözlə tək bir ulduz kimi görünsə də, Kapella əslində dörd ulduzlu bir sistemdir. İlk cüt iki parlaq sarı nəhəng ulduzdan ibarətdir və hər ikisi də Günəşdən 2.5 dəfə böyükdür. Kapella Aa, K spektral sinfinə aid daha soyuq və daha işıqlı ulduzdur. Günəşin parlaqlığından 78.7 ± 4.2 dəfə və radiusundan isə 11.98 ± 0.57 dəfə böyükdür.
Yaşlanmaqda olan qırmızı ulduz, nüvəsindəki karbon, oksigen, heliumu əridir. Ab bir az daha kiçik və daha isti və spektral sinif G1III; Günəşin parlaqlığından 72.7 ± 3.6 dəfə, radiusundan 8.83 ± 0.33 dəfə böyükdür. Hertzsprung boşluğu olaraq qısaca təkamül mərhələsindədir və genişləndikcə qırmızı bir nəhəng halına çevrilər. Kapella sistemi, səmadakı Rentgen şüalarının ən parlaq qaynaqlarından biridir.
Adi gözlə səmada gördüyümüz bir çox ulduz kimi Kapella da əslində tək bir ulduz deyil. Bir-biri ətrafında dolanan iki parlaq sarı ulduzdan ibarətdir. Yerdən çox parlaq olaraq görə bilməyimizin səbəbi, bu iki ulduzun ortaq şüa gücüdür. Əgər tək bir ulduz olsaydı, bu qədər parlaq görünməyəcəkdi. Təbii, hər şey bu iki ulduzla məhdud deyil.
Sistemin əsas hissəsini meydana gətirən iki parlaq ulduz, Kapella Aa və Kapella Ab olaraq adlandırırlar. Aa ulduzu, Günəşdən 2.7 dəfə böyük kütləyə və 78 dəfə çox işıqlandırma gücünə malikdir. Bir az daha kiçik olan Ab isə, təxminən 2.5 Günəş kütləsinə malikdir və Günəşdən 77 dəfə parlaqdır. Ulduzlar bir-birlərinin ətrafında 100 milyon km-lik məsafədə, 104 gün davam edən bir orbit periodunda dolanırlar.
Hər iki ulduzun da təxminən 500 milyon yaşında olduğu hesablanır[8]. Yaşları və kütlələri göz qarşısında saxlanıldığında, ulduzların ikisinin də yavaş-yavaş qırmızı nəhəng mərhələsinə çevrilməktə olduqlarını söyləyə bilərik. Onsuz da anakol mərhələsində parlaq ağ işıq saçması lazım olan iki ulduzun işığı da sarıya çevrilməyə başlamış vəziyyətdədir. Bu da, önümüzdəki bir neçə yüz milyon il içində ulduzların qırmızı nəhəngə çevriləcəyi və 500 milyon il içində xarici laylarını kosmosa saçıb bir ağ cırtdan olaraq öləcəklərini göstərir.
Hər şeyin bu iki ulduzla məhdud olmadığını demişdik. Çünki bir cüt ulduz sistemi deyil, dördlü bir ulduz sistemidir. Bu iki böyük parlaq ulduzun təxminən 1.5 trilyon kilometr uzağında bir orbitdə dolanan başqa bir ulduz cütlükləri daha vardır. Bu iki ulduz, bir-birinin ətrafında dolanan bir qırmızı cırtdan cütüdür və Kapella Hα ilə Kapella Hβ olaraq adlandırırlar.
Kapella Hα, Günəşin% 30-u qədər kütləyə və yarısı qədər (700 min km) diametrə malikdir. Kapella Hβ isə çox daha kiçik, Günəşin yalnız 10 %-i kütləyə və dörddə biri (350 min km) diametrə malikdir. Bir-birlərindən təqribən 7 milyard km uzaqda, yüzlərlə il davam edən bir orbit periodunda dolanırlar.
<ref>
teqi; :0
adlı istinad üçün mətn göstərilməyib