Kapitan | |
---|---|
alm. Der Hauptmann | |
![]() ABŞ buraxılşının rəsmi afişası. | |
Janr | Dram |
Rejissor | Robert Şventke |
Prodüser | Freyder Şlayx |
Əsərin müəllifi | Floryan Ballhaus |
Ssenari müəllifi | Robert Şventke |
Baş rollarda |
Maks Hübaşer Milan Peşel Fredrik Lau Bernd Hölşer Valdemar Kobus Aleksandr Fehlinq Semyuel Finzi |
Operator | Mikal Çarneki |
Bəstəkar | Martin Todşarov |
İlk baxış tarixi | |
Müddət | 118 dəqiqə |
Gəlir | 241 min 358 $[2] |
Ölkə | |
Dil | Alman dili |
İl | 2017 |
Rəng | Rəngli |
IMDb | ID6763252 |
Kapitan (alm. Der Hauptmann) — Almaniya, Polşa və Fransa dram filmi. Robert Şventkenin rejissorluğu və ssenaristliyi ilə Freyder Şlayx tərəfindən çəkilən filmin baş rollarında Maks Hübaşer, Milan Peşel, Fredrik Lau, Bernd Hölşer, Valdemar Kobus, Aleksandr Fehlinq və Semyuel Finzi var. Film İkinci Dünya müharibəsinin son həftələrində Lüftvaffe zabiti cildinə soxan və Emslandlager həbs düşərgələrinin birində məhkumları kütləvi şəkildə öldürən alman əsgər və müharibə cinayətkarı Villi Herold haqdadır.