Karl Marks | |
---|---|
alm. Karl Marx | |
Doğum adı | Karl Heinrich Marx |
Doğum tarixi | 5 may 1818[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 mart 1883[3][1][…] (64 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xəstəliyi[d] |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Atası | Henriks Marks[d][2][4][…] |
Anası | Henriette Presburq[d][4][5] |
Elm sahələri | siyasi-iqtisad, sosiologiya, fəlsəfə |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Bruno Bauer[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Karl Henrix Marks (alm. Karl Heinrich Marx; 5 may 1818[1][2][…], Trir, Reyn əyaləti[d], Prussiya[9][10][…] – 14 mart 1883[3][1][…], London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[9][4][…])[11] — Almaniya filosofu, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçısı, tarixçisi, sosioloqu, siyasi nəzəriyyəçisi, jurnalisti və sosialist inqilabçısı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquq və fəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya muzeyinin oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Kapital" (1867–1883) kitabıdır.[12] Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir.
Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir. Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi.[13] Tarixi materializm kimi tanınan tənqidi yanaşmanı tətbiq edən Marks, kapitalizmin əvvəlki sosial-iqtisadi sistemlər kimi daxili gərginliklər yaratdığını və bunun öz-özünü məhv etməsinə və sosialist istehsal üsulu kimi tanınan yeni bir sistemlə əvəzlənməsinə gətirib çıxaracağını proqnozlaşdırırdı. Marksın fikrincə, kapitalizmdəki sinfi ziddiyyətlər – qismən onun qeyri-sabitliyi və böhrana meyilli təbiəti sayəsində – fəhlə sinfinin sinfi şüurunun inkişafına, onların siyasi hakimiyyəti ələ keçirməsinə və nəhayət, azad istehsalçılar birliyindən ibarət sinifsiz kommunist cəmiyyətinin qurulmasına gətirib çıxaracaqdı.[14] Marks iddia edirdi ki, fəhlə sinfi kapitalizmi devirmək və sosial-iqtisadi azadlığa nail olmaq üçün mütəşəkkil proletar inqilabı hərəkatını həyata keçirməlidir; o, bu fikrin reallaşması üçün həm də fəal şəkildə təzyiq göstərirdi.[15]
Bəşər tarixinin ən təsirli şəxsiyyətlərindən biri kimi təsvir olunan Marksın yaradıcılığı həm təqdir, həm də tənqid edilmişdir.[16] Onun iqtisadiyyat sahəsindəki əsərləri əmək və əməyin kapitalla əlaqəsi haqqında bəzi müasir nəzəriyyələrin əsasını təşkil edir.[17][18][19] Dünyada bir çox ziyalılar, həmkarlar ittifaqları, rəssamlar və siyasi partiyalar Marksın yaradıcılığından təsirlənmiş, bir çoxu onun ideyalarını dəyişdirmiş və ya uyğunlaşdırmışdır. Marks adətən müasir sosial elmlərin əsas memarlarından biri kimi qeyd olunur.[20][21]
Max Weber is known as a principal architect of modern social science along with Karl Marx and Emil Durkheim.