Karmen | |
---|---|
fr. Carmen | |
![]() | |
Bəstəkar | Jorj Bize |
Librettoçu | Lüdovik Halevi, Anri Melyak |
Dili | fransızca |
Süjet | Prosper Merimenin eyniadlı novellasından |
Janr | Faciə |
Pərdə | 4 |
Yaradılma tarixi | 1874 |
İlk səhnələşdirmə | 3 mart 1875[1] |
Hadisələrin baş verdiyi yer | İspaniya |
Premyera |
3 mart 1875 Paris, “Opera-Komik” |
![]() |
Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874 cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875 ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər.
Ailənin təvazökar anaları, hörmətli ataları! Ənənəvi olaraq axşam əylənmək məqsədi ilə qızınızı ya zövcəlnizi ora (Karmen operasına) aparırsınız. Siz rədd edilmiş sevgilinin xəncərindən bu rüsvayçı həyata son qoyulanadək, qatır bələdçisinin qucağından suvarinin qucağına, oradan toreadorun qucağına atılan bu fahişəni görəndə, görəsən hansı hisslər keçirəcəksiniz [2].