Kasablanka | |
---|---|
ing. Casablanca | |
Janr |
dram melodram |
Əsas mövzu | İkinci Dünya müharibəsi, müvəqqəti münasibət[d][1] |
Rejissor | Maykl Körtis |
Prodüser | Hel B. Uollis |
Ssenari müəllifi | Culius Epşteyn |
Baş rollarda |
Hamfri Boqart İnqrid Berqman |
Bəstəkar | Maks Stayner |
İstehsalçı | Warner Brothers |
Distribütor | Warner Bros. |
İlk baxış tarixi | 26 noyabr 1942[2][3], 23 yanvar 1943[3], 11 oktyabr 1943, 1942 |
Filmin növü | bədii film |
Müddət | 102 dəqiqə |
Büdcə | 800 000 $ |
Gəlir | 40 milyon $ |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1942 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Kaliforniya |
IMDb | ID0034583 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kasablanka (ing. Casablanca) — 1942-ci ildə Warner Bros. şirkəti tərəfindən çəkilmiş klassik Hollivud filmidir. Filmin rejissoru Maykl Körtisdir. Maykl Körtis elə bu film sayəsində ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı qazanmışdır. Filmdə Hollivudun məşhur simaları Hamfri Boqart, İnqrid Berqman və Pol Henrayd iştirak etmişlər. Film İkinci dünya müharibəsi mövzusundadır və elə müharibə davam etdiyi dövrdə çəkilmişdir. Film dram və melodram janrındadır və AFİ (American Film Institute) tərəfindən 2002-ci ildə bütün zamanların ən yaxşı məhəbbət mövzusunda çəkilmiş filmi seçilmişdir.