Kaymakam

Kaymakam (Hərfi tərcümə: Baş məmur, rayon qubernatoru; ərəb. قائم‎, Rom: kâim, azərb. sabit olmaq‎ və ərəb. مقام‎, Rom: Makâm azərb. rütbə, mövqe‎ sözlərinin birləşməsindən yaranmışdır) — Türkiyə RespublikasıŞimali Kipr Türk Respublikasının idarəetmə sistemində, mahalın (rayonun) mülki idarə rəisidir (türk. Mülki idare amiri). Rayonda hökumətin səlahiyyətli nümayəndəsidir, buna görə də kaymakamlıq binasına hökumət binası da deyilir.

Bundan əlavə müasir polkovnik-leytenant rütbəsinə Osmanlı ordusunda kaymakam deyilmişdir.

Kaymakamlar öz vəzifələrini qubernatorların nəzarəti altında yerinə yetirirlər. Osmanlı imperiyasında ilk dəfə Tənzimat fərmanının elanı ilə bu işə başlamışdılar. Kaymakam karyeralı dövlət qulluqçusudur. Bu işə qəbul olunmaq üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər tələb olunur. Seçilməsi, hazırlanması, təyinatı və dəyişdirilməsi müəyyən qaydalar əsasında həyata keçirilir.[1]

  1. "Kaymakam Adayları Yönetmeliği". Mevzuat Bilgi Sistemi. 6 iyun 2011. 13 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne