Kaynozoy

Yerin geoloji tarixinin bir hissəsi
Kaynozoy
66—0 mln il qabaq
Geoxronoloji məlumatlar
Eon Fanerozoy
İqlim
Oksigen səviyyəsi 21 %
CO2 səviyyəsi 0,04
Orta temperatur 16 °C
← Mezozoy

Kaynazoy və ya Kaynozoy erası (rus. Кайнозойская эра, ing. Cainozoic; yun. kainos-yeni və zoe-həyat) — Yer qabığı laylarının ümumi stratiqrafik cədvəlində ən yuxarıda yerləşib, Yerin geoloji tarixinin ən yeni erasına müvafiq gəlir. 67 milyon il əvvəl başlayıb, hazırda da davam edir. Paleogen, Neogen və Dördüncü dövr (antropogen) sistemlərinə ayrılır. Kaynozoy erası alp qırışıqlığı ilə əlaqədar olan və Sakit okeanın sahil boyu, Cənubi Avropada və Asiyada ən yüksək dağ sistemlərini əmələ gətirən, intensiv dağ əmələgətirmə hərəkətləri ilə səciyyələnir. Neogenin axırı Dördüncü dövrün əvvəlində Avropa, Asiya və Şimali Amerikada qalın materik buzlaşması ilə müşayiət olunan kəskin soyuqlaşma baş vermişdir. Canlı aləmdə məməlilər hakim mövqe tutur. Heyvanlar və bitkilər müasir vəziyyətinə yaxın olmuşdur. Dördüncü dövrün əvvəlində ilk ibtidai insanlar meydana gəlmişdir.[1]

  1. Kaynozoy // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 140. ISBN 978-9952-453-14-0.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne